“Azərbaycan yığmasından çox ucuz qol buraxdıq, təəssüf edirəm və üzülürəm”

11:00 Milli komanda 124
“Azərbaycan yığmasından çox ucuz qol buraxdıq, təəssüf edirəm və üzülürəm”

“Düşünürəm ki, bu nəticə kifayət deyil.

Çox ucuz qol buraxdıq, buna görə də təəssüf edirəm və üzülürəm”.

Sportinfo.az xəbər verir ki, bunu Litva yığmasının müdafiəçisi Edqaras Utkus deyib.

26 yaşlı futbolçu UEFA Millətlər Liqasında Azərbaycan millisinə qarşı Kaunasda keçirilən oyun barədə fikirlərini bildirib.

Utkus 1:1 hesabından məmnun qalmadıqlarını söyləyib. O, daha çox çalışmalı olduqlarını deyib:

“Nadir hallarda birinci nömrə kimi oynayırıq və rəqibdən daha çox topa nəzarət edirik. Özümüzə daha yaxşı imkanlar yaratmaq üçün necə və harada hücum etməli olduğumuzu müəyyənləşdirməliyik”.

Mərkəz müdafiəçisi oktyabrın 4-də Bakıda keçiriləcək cavab qarşılaşması barədə də danışıb:

“Azərbaycanla cavab oyununa favorit kimi gedəcəyik. Yeganə məqsəd qrupda birinci yeri tutmaqdır”.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız