“Zirə”nin yay transfer strategiyasında, xüsusilə Avropa oyunları fonunda, tam aydın və ardıcıl yanaşma görmədim”.
“Asadov Pro Bridge”in rəhbəri Emil Əsədov Sportinfo.az-a açıqlamasında belə deyib.
Beynəlxalq təcrübə prinsipləri üzərində qurulmuş şirkətin əsas şəxsi qəsəbə təmsilçisinin transfer bazarlığını dəyərləndirib.
Tanınmış menecer “qartallar”ın yaydakı tərəddüdü və skautinqdə ümidverici inkişafı barədə maraqlı fikirlər səsləndirib:
”Bu, klubun addımlarında bir tərəfdən maksimum ehtiyatlılıq, digər tərəfdən isə müəyyən tələskənlik hiss olunurdu. Zədələrin çoxluğu da komandanı daha çətin vəziyyətə saldı və planların tam həyata keçirilməsinə mane oldu.
Bununla belə, “Zirə”də son aylarda güclü skautinq işinin aparılması çox müsbət hadisədir. Bu, yalnız klubun özü üçün deyil, ümumilikdə Azərbaycan futbolu üçün sevindirici haldır.
Məncə, “Zirə”nin bu yay əldə etdiyi ən vacib nəticə məhz peşəkar skautinq istiqamətində atdığı addımlardır. Düzgün qurulmuş sistemin real bəhrəsi bir transfer pəncərəsində deyil, növbəti illərdə görünəcək.
Mövcud heyətə baxdıqda isə komandaya mütləq sürətli, fərdi keyfiyyətləri olan və hücumda say üstünlüyü yaratmağı bacaran cinah oyunçusunun lazım olduğunu düşünürəm”.
