“Neftçi”nin baş məşqçisi 3 nəfəri bəyəndi - ADLARI BURADA

29 Sentyabr 11:20 Neftçi 2 562
“Neftçi”nin baş məşqçisi 3 nəfəri bəyəndi - ADLARI BURADA

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub UEFA Millətlər Liqasının I turunda keçirilən Macarıstan – Ukrayna oyunu (0:1) barədə fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, o, ölkəsisinin mətbuatına açıqlamasında yığmanın 3 futbolçusunu xüsusi fərqləndirib.

Ukraynalı mütəxəssis həmyerlilərinin yüksək səviyyədə oyun sərgilədiklərini deyib:

“Bir neçə futbolçunun çıxışını bəyəndim. Qapıçı Dmitri Riznikin ifasında çox yaxşı oyun gördük.

Həmçinin müdafiəçi Vitali Mikolenko da əla matç keçirdi. Bir neçə dəfə yüksək sürətlə hərəkət və komandanı xilas etdi.

Yarımmüdafiəçi Oleq Oçeretko da əla oynadı. Onun bir epizodda möhtəşəm ötürməsi özlüyündə çox şey deyir. Ümumilikdə bütün komanda çox yaxşı oynadı”.

“Neftçi”nin çalışdırıcısı Ukrayna yığmasının macarlara qarşı fərqli göründüyünü düşünür:

“Komandamızın oyunu xoşuma gəldi, çünki komanda tamamilə fərqli görünürdü. İlk növbədə düşüncə tərzi və nizam-intizam baxımından.

Məhz bu məqam xoşuma gəldi. Oyunçular böyük əzmkarlıq nümayiş etdirirdilər. Güclərinin 100% yox, 150%-ni ortaya qoydular”.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM