Buradan getdilər, Çində 10 medal qazandılar

04:10 Boks 71
Buradan getdilər, Çində 10 medal qazandılar

Çinin Sincan-Uyğur Muxtar Rayonunda boks üzrə böyüklər və gənclər (U-19) arasında beynəlxalq “Kəmər və Yol” turniri keçirilib.

Yarışda iştirak edən Azərbaycan milli komandaları 10 (2-3-5) medal qazanıblar.

Sportinfo.az xəbər verir ki, dünya çempionatına hazırlaşan U-19 yığmamızın heyətində Nihat Qasımov (55 kq) və Səftər Məmmədzadə (+90 kq) turnirin qalibi olublar.

Heydər Əzməmmədov (85 kq) gümüş, Əli Baxışov (60 kq), Renat Qiyaslı (80 kq) və Zaur Səmədov (90 kq) bürünc medala yiyələniblər.

Əsas komandamızın heyətində isə Tural Sarıyevlə (55 kq) Sərxan Əliyev (70 kq) ikinci, Zəlimxan Süleymanov (55 kq) və Zaur Qəhrəmanov (65 kq) üçüncü yeri tutublar.

Boksçularımız Çində yarışdan öncə 26 ölkənin iştirakı ilə beynəlxalq təlim-məşq toplanışına da qatılıblar.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız