“Mənim pis oyunum hansısa digər futbolçunun 400 pis oyununa bərabər tutulur”

22:00 İspaniya 98
“Mənim pis oyunum hansısa digər futbolçunun 400 pis oyununa bərabər tutulur”

İspaniya millisinin və “Barselona”nın vingeri Lamin Yamal öz çıxışını dəyərləndirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, həmçinin, öz oyun səviyyəsinin qiymətləndirilməsindən narazı olduğunu bildirib:

“Lamin Yamalın pis oyunu hansısa digər futbolçunun 400 pis oyununa bərabər tutulur. Mən 10 bal üzərindən 9 səviyyəsində oynayıram, amma insanlar bunun 7 bal olduğunu deyirlər”.

19 yaşlı futbolçu bu il “qızıl top” mükafatına əsas namizədlərdən biri hesab olunur.

Digər Xəbərlər
Xəbər Lenti