Azərbaycan millisi hücum futbolu oynaya bilməz?

14:40 Milli komanda 176
Azərbaycan millisi hücum futbolu oynaya bilməz?

Bizim üçün UEFA Millətlər Liqasında növbəti mövsüm Litvada başladı.

D Liqasında mübarizə aparan komandamız Baltika respublikasında meydana çıxdı və uduzmadı.

Yaxşı oynamasaq da, xalımızı qazandıq. 1:1-in kölgəsində qalan isə statistik göstəricilərdir.

Yaradılan vəziyyətlərin keyfiyyəti baxımından Litvanın müəyyən üstünlüyü olub. Bir çox analiz platformalarının məlumatlarına görə, ev sahiblərinin xG göstəricisi 1,16, Azərbaycanın isə 0,85 olub.

Litva həmçinin oyunun iki böyük qol şansını yaradıb. Azərbaycan isə belə vəziyyətlərdən birini belə qeydə almayıb. Buna baxmayaraq, çərçivəyə daha çox zərbə vuran tərəf millimiz olub.

Taktiki baxımdan Litva əsasən 3-4-3, Azərbaycan isə 5-4-1 strukturu ilə qarşılaşmaya yanaşıb.

Litva topa sahib olduğu zaman üçlü müdafiədən qurulmağa, cinah müdafiəçilərini daha irəli çıxarmağa və millimizin beşli müdafiə xəttinin qarşısında üstünlük yaratmağa çalışıb.

Yığmamız isə daha kompakt müdafiə quruluşunda qalaraq topu qazandıqdan sonra sürətli keçidlər və cinahdan ötürmələrlə hücuma çıxıb.

“Sofascore” göstəricilərində Azərbaycanın 14 cinah ötürməsindən 5-ni dəqiq yerinə yetirməsi bu hücum modelinin statistik əksidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM