“Hər kəs böyük maraqla Toralı izləyirdi, yenə gözləntinin altında qaldı”

29 Sentyabr 01:50 Problem 392
“Hər kəs böyük maraqla Toralı izləyirdi, yenə gözləntinin altında qaldı”

“Bursaspor” cəbhəsində Azərbaycan millisinin futbolçusu Toral Bayramovla bağlı narazılıqlar artır.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı sol cinah müdafiəçisinin çıxışı məşqçilər korpusunun ürəyincə deyil.

Elə buna görədir ki, Bayramov I Liqa klubunda əsas heyətə düşə bilmir.

Komandanın çıxışı ilə bağlı dərc edilən araşdırma yazısında Toralın ümidləri doğrultmadığı bildirilib:

“Bayramov görüşün son yarım saatında meydanda oldu. Azərbaycanlı futbolçu bu dəfə öz mövqeyində çıxış etdi.

Hər kəs böyük maraqla onu izləyirdi. Ancaq yenə gözləntinin altında qaldı”.

“Bursaspor” hazırda 16 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM