Rəqib oyunçularla görüşmədilər - Etiraz FOTOLARı

10:20 Dünya futbolu 133
Rəqib oyunçularla görüşmədilər - Etiraz FOTOLARı

UEFA Millətlər Liqasının 2-ci turunun İsrail - İrlandiya oyununda qonaq komandanın futbolçuları nominal meydan sahibləri ilə görüşməkdən imtina edib.

Sportinfo.az xəbər verir ki, Macarıstanın Debretsen şəhərində keçirilən qarşılaşmada himnlər oxunduqdan sonra irlandiyalılar israilli oyunçularla görüşməyiblər.

Bundan başqa onlar İsrail himni səslənərkən başlarını aşağı əyiblər. Həmçinin oyuna qolunda qara sarğı ilə çıxıblar.

Hətta matçdan əvvəl irlandiyalılar oyuna çıxmamaq barədə də federasiya ilə müzakirə aparıblar.

Qapıçı Qevin Bazunu isə bu oyunda iştirakdan imtina edib. Bütün bunlara səbəb isə Qəzzada baş verən hadisələrdir.

Matç İrlandiyanın 3:0 hesablı qələbəsi ilə bitib.




Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız