"Bu barədə bəlkə də karyeramı bitirdikdən sonra danışmaq olar"

08:20 Sabah 112
"Bu barədə bəlkə də karyeramı bitirdikdən sonra danışmaq olar"

“Milliyə döndüyüm üçün çox xoşbəxtəm. Yığmadan dəvət hər zaman xoş olur”.

Sportinfo.az xəbər verir ki, bunu “Sabah”ın qapıçısı Stas Pokatilov Qazaxıstan Futbol Federasiyasının saytına açıqlamasında deyib.

Dünən yığmanın düşərgəsinə qoşulan 33 yaşlı qolkiper Çempionlar Liqasında “Mançester Yunayted”ə qarşı keçirilən görüşü də xatırlayıb.

O, 0:4 hesabı ilə məğlub olmalarına baxmayaraq, azarkeşlərdən təsirləndiyini etiraf edib:

“Mançester Yunayted”lə oyunda “Old Trafford”da inanılmaz atmosfer var idi. Artıq Çempionlar Liqasında növbəti matçı səbirsizliklə gözləyirik.

Çempionlar Liqası hər bir futbolçu üçün əlavə motivasiya mənbəyidir. Həm Çempionlar Liqası, həm Avropa Liqası, həm də Konfrans Liqasında çıxış edən ilk qazaxıstanlı futbolçu olduğum üçün şadam.

Ancaq bu, özümü xüsusi hiss etməyim anlamına gəlmir. Bu barədə bəlkə də karyeramı bitirdikdən sonra danışmaq olar”.

Qazaxıstan yığmasının heyətində 29 oyun keçirən Stas Pokatilov millinin formasını sonuncu dəfə 2025-ci ilin iyununda Belarusla (1:4) yoldaşlıq görüşündə geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız