Eks “Qarabağ”lı qapıçı sosial şəbəkədə hədə-qorxu gəldi, komandadan qovdular!

29 Sentyabr 01:20 Türkiyə 581
Eks “Qarabağ”lı qapıçı sosial şəbəkədə hədə-qorxu gəldi, komandadan qovdular!

“Göztepe” rəhbərliyi “Qarabağ”ın keçmiş qapıçısı Luka Quqeşaşvilini heyətdən kənarlaşdırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə İzmir təmsilçisi rəsmi bəyanat yayıb.

Qərara 27 yaşlı gürcüstanlı qolkiperin “Gaziantep FK” ilə matçdan (2:4) sonra sosial şəbəkədə azarkeşlərin ünvanına yazdığı qalmaqallı mesajlar səbəb olub.

Görüşün ilk hissəsində 4 qol buraxaraq əvəzlənən və azarkeşlər tərəfindən fitə basılan Quqeşaşvili paylaşımında tənqidçiləri “Klaviatura arxasında gizlənənlərə tək sözüm var: Dünya kiçikdir, bir gün küçədə qarşılaşacağıq” sözləri ilə hədələyib.

Klub oyunçuya qarşı intizam icraatının başladıldığını və proses yekunlaşana qədər onun komandadan ayrı məşq edəcəyini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM