“Qarabağ”ın yeni müdafiəçisinin futboldankənar bu bacarığını da görün! - VİDEO

16:40 Qarabağ 140
“Qarabağ”ın yeni müdafiəçisinin futboldankənar bu bacarığını da görün! - VİDEO

Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranan fasilə “Qarabağ”ın futbolçularının da işinə yarayıb.

Xeyli vaxtdır rəsmi oyunlara görə sıx qrafikində tər tökən futbolçular fürsətdən istifadə edərək bir qədər dincəlmək üçün müxtəlif ünvanlara üz tutublar.

Onlardan bir çoxu Dubaydı seçib. Təbii ki, bu şəhərin gəzməli-görməli yerləri, istirahət imkanları kifayət qədərdir.

Hərəsi bir cür istirahət edib, dincəlib, fasilənin dadını çıxarmağa çalışıb.

Cəbrayıl Makeçkis isə istirahətə bir qədər fərqli yanaşıb.

26 yaşlı litvalı müdafiəçi Fars körfəzində yaxta kirayələyərək həm yaxta sürmək bacarığını nümayiş etdirib, həm də körfəzin sularında üzərək aktiv istirahət edib.

Makreçkis yaşadığı bu anları sosial şəbəkə hesabında da paylaşıb.

Təbii ki, yaxta sürmək də bir bacarıq, dənizdə belə vaxt keçirmək isə əyləncənin fərqli növlərindən biridir. Amma hər futbolçu istirahət zamanı belə aktivliklərə üstünlük vermir.

Görünür, Cebraiil üçün klassik istirahətdən daha çox adrenalin və hərəkət vacibdir.

Fars körfəzi, yaxta və isti Dubay havası da bu baxımdan onun üçün pis seçim olmayıb.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO