“Düşünürəm ki, komandamız çox yaxşıdır”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında hazırda “Araz-Naxçıvan”ın formasını geyinən Ağadadaş Salyanski deyib.
“Neftçi”dən icarəyə götürülən hücumçu Premyer Liqanın ilk 6 turu ərzində 3 qola imza atıb.
Gənc forvard qeyd edib ki, qollar vurmağı sanki burada istədiyi rahat mühiti və oynamaq üçün uyğun yer tapa bildiyini göstərir:
“Kollektiv olaraq çox yaxşıyıq. Futbolumuz da pis deyil, özünüz də bunu görürsüz.
Yaxşı mübarizə aparırıq, epizodlara da giririk. “Şamaxı“ ilə matçda iki-üç yaxşı epizodumuz oldu, hətta yüz faizlik vəziyyətlərimiz vardı.
Düşünürəm ki, hər şey qaydasındadır. Sadəcə, bizə bir qələbə çatmır. İnşallah, fasilədə yaxşı hazırlaşarıq“.
