“Sabah”ın yeni transferi: “Hələ bir neçə il ora qayıtmaq planım yoxdur”

00:30 Sabah 102
“Sabah”ın yeni transferi: “Hələ bir neçə il ora qayıtmaq planım yoxdur”

“Sabah”ın yeni transferi Erivaldo Almeyda uzun müddət Azərbaycanda qalmaq niyyətindədir.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı braziliyalı bunu ölkəsinin mətbuatına açıqlamasında deyib.

Mərkəz müdafiəçisi “Sabah”ın heyətində Azərbaycan çempionatı və Çempionlar Liqasında parlaq nəticələr əldə etmək arzusundadır.

O, bunun sayəsində Avropanın daha böyük liqalarına keçid etməyi hədəfləyir.

Almeyda hələlik Braziliyaya qayıtmağın erkən olduğunu düşünür: “Hələ bir neçə il Braziliyaya qayıtmaq planım yoxdur.

Burada – Avropada vəziyyətim yaxşıdır və qalmağa ümid edirəm. Hazırda burada daha da irəliləmək niyyətindəyəm.

Amma sabahın nə gətirəcəyini bilmək olmur. Braziliyaya qayıtmaq üçün qapı həmişə açıq olacaq”.

Portuqaliyanın “Maritimo” klubundan transfer edilən Erivaldo Almeyda “Sabah”la 3 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 18:10 Çək və bizə göndər!
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız