“Bilirəm ki, Qurban Qurbanov artıq...” - MÜHÜM AÇIQLAMALAR

09:20 Qarabağ 122
“Bilirəm ki, Qurban Qurbanov artıq...” - MÜHÜM AÇIQLAMALAR

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, hazırda Braziliyada - “Primavera”da çıxış edən Riçard Almeydanın futbolinfo.az-ın suallarını cavablandırıb.

Hazırda vəziyyətiniz necədir? Nə ilə məşğulsunuz?

- Oynayırdım və təəssüf ki, diz bağlarımdan zədə aldım. Buna görə əməliyyat keçirdim.

- Azərbaycan çempionatını izləyirsiniz? Azərbaycan futbolu haqqında fikirləriniz necədir?

- Azərbaycan çempionatının hər oyununu izləyirəm. Görürəm ki, liqa daim inkişaf edir və bu, məni sevindirir.

- “Qarabağ” bu mövsüm avrokubokların liqa mərhələsinə vəsiqə qazana bilmədi. Sizcə, bunun səbəbi nə oldu?

- “Qarabağ”ın Konfrans Liqasına da vəsiqə qazana bilməməsinə görə məyus oldum. Amma komanda yenidən qurulur və düşünürəm ki, “Qarabağ” gələn il daha güclü olacaq.

- “Qarabağ”ın heyəti artıq xeyli dəyişib. Sizcə, bu dəyişikliklər komandanın oyunlarına təsir edib?

- Əlbəttə, oyuna təsir edir. Amma bu, normal haldır. Yeni futbolçularla birlikdə komandanın uyğunlaşması və bir-birini daha yaxşı anlaması üçün vaxt lazımdır.

- Abdullah Zubir, Leandro Andrade, Kamilo Duran və digər futbolçular komandadan ayrıldılar. Onlarla danışmısınız? Sizcə, onların gedişi “Qarabağ” üçün böyük itki oldu?

- Zubir və Leandro ilə bir qədər danışmışam. Duranı isə şəxsən tanımırdım. Onların gedişi, əlbəttə, “Qarabağ”ın oyunu üçün böyük itkidir. Amma futbol belədir. Bilirəm ki, Qurban Qurbanov artıq komandanı yenidən formalaşdırmaq üzərində işləyir.

- Azərbaycan millisi qısa müddət ərzində 4 oyun keçirəcək. Sizcə, milli komandanı qarşıda nələr gözləyir? Komandanın potensialını necə qiymətləndirirsiniz?

- Bəli, milli komanda inkişaf edir. Ayxan Abbasovun məşqçi kimi işini çox bəyənirəm. Onun öz fəlsəfəsi var. Ümid edirəm ki, komanda inkişafını davam etdirəcək və müsbət nəticələr əldə edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız