Bizim yığmanın oyunçuları nəyi bacarmır?

17:40 Milli komanda 96
Bizim yığmanın oyunçuları nəyi bacarmır?

Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin I turunda Litva ilə səfər oyununun statistikası açıqlanıb.

Buna əsasən, bərabərliyi ədalətli nəticə saymaq olar. Çünki əksər göstəricilər bərabər olub.

Məsələn, qapılara zərbə, “çərçivə”yə dəqiq zərbə sayı eyni olub.

Litva – Azərbaycan
Qollar – 1:1
Zərbələr – 9:9
“Çərçivə”yə zərbələr – 3:3
“Çərçivə”yə düşməyən zərbələr – 3:3
Bloklanan zərbələr – 3:3
Topa sahib olma faizi – 53:47
Ötürmə sayı – 436:412
Dəqiq ötürmə sayı – 343:312
Dəqiq ötürmə sayı faizlə – 79:76
Qapıçı “seyvi” – 2:2
Künc zərbələri – 0:2
Oyundankənar vəziyyət – 3:0
Sarı vərəqələr – 1:3
Cərimə zərbələri – 15:16

Maraqlıdır ki, Litvanın əsas üstünlüyü hava mübarizəsində olub. 32 hava duelinin 22-də qalib gəliblər - 69 faiz.

Yerüstü duellərdə isə tərəflər tam bərabər olub: hər komanda 41 duel qazanıb.

Litva həmçinin driblinqlərdə daha effektiv olub – 16 cəhddən 9-u uğurlu alınıb. Azərbaycan isə 17 driblinqdən yalnız 5-də uğur qazanıb.

Millimizin orta sahəsində Abdulakh Xaybulayev diqqətçəkən oyun keçirib. O, 51 ötürmədən 48-ni dəqiq yerinə yetirib,

8 müdaxilə və 7 top bərpası ilə komandanın mərkəzdəki balansına kömək edib. Litva tərəfində isə kapitan Yustas Lasiçkas 11 duel qələbəsi, 5 uğurlu müdaxilə, 3 topalma və 3 uzaqlaşdırma ilə fərqlənib.

Gvidas Gineitis penalti qazandırmaqla yanaşı, 3 zərbə və 1 açar ötürmə ilə aktiv olub.

Litvanın baş məşqçisi Edqaras Yankauskas isə nəticədən çox komandasının oyun keyfiyyətindən narazı qalıb.

O, qarşılaşmadan sonra iki komandanın müəyyən hissələrdə növbə ilə təşəbbüsə sahib olduğunu və 1:1 hesabını məntiqli nəticə hesab etdiyini bildirib.

Yankauskas Litvanın topa sahib olarkən çox texniki səhvlər etdiyini və komandasının daha yaxşı oynaya biləcəyini vurğulayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO