“Komandamızın qarşısında öhdəliklər var”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin qapıçısı Emil Balayev deyib.
O, “ağ-qaralar”ın hər matçda maksimum nəticə qazanmağa çalışdığını qeyd edib:
“Neftçi”nin adı bizi həmişə maksimum nəticələr üçün oynamağa vadar edir. Ona görə istərdik ki, maksimum nəticə qazanaq.
Mövsüm uzundur. Önümüzə baxmalıyıq.
Səhvlərimizdən nəticə çıxmalı və oyunumuzu daha da yaxşılaşdırmalıyıq. Onları yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik”.
