“Biz artıq top-komanda deyilik, sıravi, sıradan bir kollektivik”

00:20 Almaniya 92
“Biz artıq top-komanda deyilik, sıravi, sıradan bir kollektivik”

UEFA Millətlər Liqasının A Liqasının ikinci turunda Almaniya yığmasının doğma meydanda Yunanıstana sensasiyalı məğlubiyyəti (0:1) ölkədə kəskin tənqid dalğası yaradıb.

Sportinfo.az xəbər verir ki, alman futbolunun əfsanəsi Bastian Şvaynştayger “The Touchline” nəşrinə müsahibəsində “Bundestim”in hazırkı vəziyyətini sərt şəkildə tənqid edib və komandanı sıravi orta səviyyəli yığma adlandırıb.

“Biz artıq top-komanda deyilik. İndi sıravi, sıradan bir kollektivik. Təkbaşına oyunun taleyini həll edə biləcək futbolçularımız qalmayıb.

Hətta Yunanıstanın heyətində Karetsas, Tzolis, Pavlidis kimi uşaqlar var – hansı ki, onlar meydanda fərq yaradırlar. B

izdə isə qalır ümid etmək ki, Yürgen Klopp “Klopp üslubunda” futbol oynaya biləcək bir komanda yarada biləcək”, – deyə Şvaynştayger bildirib.

Almaniya yığmasının müdafiəçisi Yozua Kimmix də keçmiş komanda yoldaşının fikirləri ilə razılaşaraq hazırda elit səviyyədən çox uzaq olduqlarını təsdiqləyib:

“Bastianla mübahisə etmək çətindir. Hazırda top-komanda olmaqdan kifayət qədər uzağıq. Ən yaxşı oyunumuz deyildi.

Statik idik, kreativlik çatmırdı. 0:0 ədalətli nəticə olardı, uduzmaq isə şanssızlıq idi. İndi hər şeyi təkmilləşdirməli və baş məşqçini daha yaxşı anlamalıyıq”.

UEFA Millətlər Liqasının növbəti turunda Almaniya oktyabrın 1-də Münxendə Serbiya ilə qarşılaşacaq, Yunanıstan isə Niderlandı qəbul edəcək.

İlk turda yunanlar Serbiyanı 2:1 hesabı ilə məğlub etmişdilər.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 18:10 Çək və bizə göndər!
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız