"Sabah"ın yarımmüdafiəçisi Umarəli Raxmonaliyev Özbəkistan millisi ilə dünya çempionatına aparılmadı.
Yoldaşlıq görüşü üçün milliyə çağırılan oyunçu İranla oyunda bir dəqiqə belə oynamaq şansı qazanmadı, 90 dəqiqəni ehtiyat oyunçular skamyasında keçirdi.
Nə qədər acı olsa da, bu gün Özbəkistan millisi üçün ikinci dərəcəli futbolçu olan Raxmonaliyev Azərbaycan Premyer Liqasının ən önə çıxan legionerlərindən biridir.
Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Sabah”ın əsas heyət üzvüdür.
Paytaxt klubunun Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsində vacib rol oynayıb.
Premyer Liqada da mövsümə əla start verib. Meydanda olduğu 3 görüşdə 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bundan da ağır olanı bilirsiniz nədir?
Özbəkistan millisinə lazım olmayan Raxmonaliyev Abdullah Xaybullayevi rəqabətdə uduraq əsas oyunçusu statusundadır.
Həmin Xaybulayev isə bu gün bizim millimizin ən vacib futbolçularından biri hesab olunur. Faktiki olaraq, heyətdə yarımmüdafiə xəttinin ən yaxşılarındandır.
Məncə, arxada qalan uzun illər ərzində klublarımız Özbəkistan millisində ikinci dərəcəli statusu o"Sabah"ın yarımmüdafiəçisi Umarəli Raxmonaliyev Özbəkistan millisi ilə dünya çempionatına aparılmadı.
Yoldaşlıq görüşü üçün milliyə çağırılan oyunçu İranla oyunda bir dəqiqə belə oynamaq şansı qazanmadı, 90 dəqiqəni ehtiyat oyunçular skamyasında keçirdi.
Nə qədər acı olsa da, bu gün Özbəkistan millisi üçün ikinci dərəcəli futbolçu olan Raxmonaliyev Azərbaycan Premyer Liqasının ən önə çıxan legionerlərindən biridir.
Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Sabah”ın əsas heyət üzvüdür.
Paytaxt klubunun Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsində vacib rol oynayıb.
Premyer Liqada da mövsümə əla start verib. Meydanda olduğu 3 görüşdə 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bundan da ağır olanı bilirsiniz nədir?
Özbəkistan millisinə lazım olmayan Raxmonaliyev Abdullah Xaybullayevi rəqabətdə uduraq əsas oyunçusu statusundadır.
Həmin Xaybulayev isə bu gün bizim millimizin ən vacib futbolçularından biri hesab olunur. Faktiki olaraq, heyətdə yarımmüdafiə xəttinin ən yaxşılarındandır.
Məncə, arxada qalan uzun illər ərzində klublarımız Özbəkistan millisində ikinci dərəcəli statusu olan Raxmonaliyev səviyyəsində bir futbolçu belə yetişdirə bilmədikləri üçün utanmalıdırlar.
Bəs illərdi milyonlar akademiyalada niyə sərf olunur?
Məncə, bu sual ətrafında ciddi-ciddi düşünmək mütləqdir.
Bəlkə, həll yolunu da tapmış olduq.lan Raxmonaliyev səviyyəsində bir futbolçu belə yetişdirə bilmədikləri üçün utanmalıdırlar.
Bəs illərdi milyonlar akademiyalada niyə sərf olunur?
Məncə, bu sual ətrafında ciddi-ciddi düşünmək mütləqdir.
Bəlkə, həll yolunu da tapmış olduq.
XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ
