UEFA Millətlər Liqasında qrup mərhələsinin 2-ci turu davam edir.
Sportinfo.az xəbər verir ki, bu gün 4 qrupda 8 oyun keçirilib.
Günün maraqla gözlənilən matçlarından biri Atatürk İdman Kompleksinin stadionunda oynanılıb.
Burada Türkiyə millisi İtaliyanı qəbul edib. Matç qonaqların qələbəsi ilə başa çatıb.
A Liqası
Belçika - Fransa - 0:1
Qol: Olise, 88
Türkiyə - İtaliya - 1:4
Qollar: Bastoni, 9 (0:1), Fratezzi, 22 (0:2), Kayode, 27 (0:3), Yılmaz, 47 (1:3), Espozito, 50 (1:4)

B Liqası
2-ci qrup
Gürcüstan - Ukrayna - 0:0
Şimali İrlandiya - Macarıstan - 0:0

4-cü qrup
Rumıniya - Bosniya və Herseqovina - 2:4
Qollar: Qiqoviç, 12 (0:1), Muharemoviç, 19 (0:2), Birliqea, 28 (1:2), Yabakoviç, 40 (1:3), Mahmic, 55 (1:4), Cicaldau, 62 (2:4)
İsveç - Polşa - 3:1
Qollar: Nygren, 8 (1:0), Szimanski, 43 (1:1), Ayari, 63 (2:1), Qyökereş, 72 (3:1)

C Liqası
2-ci qrup
Ermənistan - Monteneqro - 2:3
Qollar: Piloyan, 8-avtoqol (0:1), Serobyan, 34 (1:1), Krstoviç, 38 (1:2), Spertsyan, 65 (2:2), Latkoviç, 89 (2:3)
Latviya - Kipr - 0:0

