Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi

11:10 Qarabağ 77
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi

"Qarabağ”ın futbolçusu Renaldo Sefas Yamayka millisinin düşərgəsində zədələnib.

Sportinfo.az xəbər verir ki, o, KONKAKAF Millətlər Liqasında Hondurasla ev matçında sıradan çıxıb. 26 yaşlı vinger matçın 12-ci dəqiqəsində ayağından zədə alıb və əvəzlənməli olub.

Sefasın durumu ilə bağlı hələlik açıqlama verilməyib. Oyun Hondurasın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Sefas sentyabrın 26-da KONKAKAF Millətlər Liqasında Qvatemala ilə matçın əlavə vaxtında qol vuraraq Yamaykaya qələbə (3:2) qazandırmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM