"Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq

07:30 Voleybol 109
"Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq

Qadın voleybolçulardan ibarət "Turan"ın CEV Çempionlar Liqasında keçirəcəyi ilk ev oyununun biletləri azarkeşlərə pulsuz paylanacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib.

Oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində Xorvatiyanın "Mladost-Zaqreb" komandası ilə baş tutacaq görüşün biletləri azarkeşlərə pulsuz veriləcək.

Voleybol həvəskarları oktyabrın 10-dan etibarən onları adıçəkilən idman qurğusundan ödənişsiz əldə edə biləcəklər.

Qarşılaşma üçün ümumilikdə 1500 bilet nəzərdə tutulub.

Tovuzda keçiriləcək idman bayramına marağın böyük olacağını nəzərə alan klub rəhbərliyi arenaya sığmayan azarkeşlərin də oyunu canlı izləməsi üçün kompleksin həyətində böyük monitor quraşdıracaq.

Bununla yanaşı, görüş başlamazdan əvvəl azarkeşlər üçün geniş konsert proqramı təşkil olunacaq. Tədbirlə bağlı əlavə məlumatlar yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız