Güclü Çexiyadan xal almağın sirrini "Sportinfo"ya açıqladı

20:40 Milli komanda 152
Güclü Çexiyadan xal almağın sirrini "Sportinfo"ya açıqladı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası AVRO-2027-nin seçmə mərhələsinin B qrupunda Çexiya ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.

Matçdan sonra yığmamızın müdafiəçisi Emin Rüstəmov Sportinfo.az-a açıqlama verib. O, ilk olaraq qarşılaşma barədə fikirlərini bölüşüb:

“Oyun gözlədiyimiz kimi ağır keçdi. Rəqibimiz güclü futbolçulardan komplektləşmiş komanda idi. Amma şükürlər olsun ki, 1 xal qazana bildik. Növbəti oyunlarda da xal qazanmağa çalışacağıq”.

Gənclərimiz ilk oyunda Çexiyaya səfərdə 0:5 hesabı ilə məğlub olmuşdu. Maraqlıdır, qısa müddət ərzində komandamız nəyi dəyişdi ki, bu dəfə güclü rəqib qarşısında meydandan müsbət nəticə ilə ayrıldı?

Rüstəmov sualı qısaca bu cür cavablayıb:

“İlk oyunla müqayisədə daha istəkli və daha inamlı oynadıq”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti