10-u qızıl, 4-ü gümüş, 2-si bürünc əldə olundu - Dünya çempionatında

05:00 Sportinfo TV 81
10-u qızıl, 4-ü gümüş, 2-si bürünc əldə olundu - Dünya çempionatında

Azərbaycan kikboksçuları İtaliyanın Jesolo bölgəsində keçirilmiş WAKO versiyası üzrə gənc və yeniyetmələrin dünya çempionatında uğurlu çıxış ediblər.

Sportinfo.az xəbər verir ki, komanda üzvləri 79 ölkənin iştirak etdiyi yarışda 16 medal qazanıblar.

Mükafatlardan 10-u qızıl, 4-ü gümüş, 2-si bürünc əyarlıdır.

Gənclərdən Əli Mayılzadə (57 kq), Adil Əsədov (54 kq) və Gülgəz İbrahimli (48 kq) qızıl medal qazanıb.

Yeniyetmələrdən Hüseyn Mahmudzadə (42 kq), Seymur Quliyev (45 kq), Hüseyn Əmirli (45 kq), Nizami Əliyev (48 kq), Ayxan Allahyarlı (54 kq), Cəmil Məmmədov (42 kq) və Eldar Rzayev (75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Komanda medalların sayına görə üçüncü pillədə qərarlaşıb.

Yığmaya Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Eduard Məmmədov başçılıq edib.

Hakimlərimizdən Aydın Koç Ağabəyov və Anar Məmmədov beynəlxalq A dərəcəli hakimlik statuslarını yeniləyiblər. Anar Məmmədov turnirin ən yaxşı hakiminə verilən "Best Referee Ring" mükafatına da layiq görülüb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız