Azərbaycanın gənclər millisinin futbolçusu Lorenzo Mezzotero AVRO-2027-nin seçmə mərhələsində Çexiya ilə 1:1 hesablı heç-heçə haqda dən ışıb. .
Sportinfo.az xəbər verir ki, Mezzotero qarşılaşmadan sonra Azərbaycan komandasının daha çoxuna layiq olduğunu bildirib.
“Düşünürəm ki, komanda olaraq möhtəşəm oyun keçirdik. Çox kompakt oynadıq və zənnimcə, heç-heçədən daha çoxuna layiq idik. Razıyıq və irəli getməyə davam edəcəyik”, – deyə Mezzotero bildirib.
Futbolçu Azərbaycanın gənclər millisində uyğunlaşma prosesindən də danışıb:
“Əlbəttə, uyğunlaşa bildim. Komanda yoldaşlarım əla oyun nümayiş etdirdilər.
Onlar yüksək səviyyəyə malikdirlər, təcrübəli və yaxşı futbolçulardan ibarət komandadır. Bütöv bir komanda kimi hərəkət edirik və ən vacibi də budur”, – deyə o qeyd edib.
Mezzotero Azərbaycanın əsas milli komandasında çıxış etməyi qarşısına məqsəd qoyduğunu da təsdiqləyib:
“Bəli, əlbəttə. Mən bura məhz bunun üçün gəlmişəm. Azərbaycanın milli komandasında oynamaq istəyirəm. Burada xoşbəxtəm və ən vacibi budur”, – deyə futbolçu vurğulayıb.
