“Bir qədər məyusam” - Millimizi xilas edən hücumçu

22:40 Milli komanda 89
“Bir qədər məyusam” - Millimizi xilas edən hücumçu

Azərbaycan millisinin hücumçusu Mahir Emreli UEFA Millətlər Liqasında Litva ilə səfər oyunundan (1:1) sonra fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı futbolçu jurnalistlərlə söhbətində nəticəni ədalətli hesab etdiyini bildirib:

“Belə deyək, müəyyən mənada nəticə ədalətli oldu. Epizodları təhlil etsək, biz qalib gələ bilərdik, amma rəqib də qələbə qazana bilərdi.

Baxmayaraq ki, yüzfaizlik qol imkanlarımız daha çox idi. İlk hissədə topa daha çox biz nəzarət edirdik.

Bu, yeni mərhələdə ilk oyunumuz idi. Bəzi məqamlarda diqqətsiz oynadıq.

Top rəqibə keçdi. Buna baxmayaraq, onların real qol epizodunu xatırlamıram.

Bəzi texniki səhvlərə yol verdik ki, bu da normaldır. Bir qədər məyusam, çünki qalib gələ bilərdik

. Qalib gəlmək istəyirdik. Xüsusilə də belə bir gündə”.

Digər Xəbərlər
Xəbər Lenti