Gürcüstandakı Qran-pri yarışında mübarizə apardılar

08:00 Digər növlər 99
Gürcüstandakı Qran-pri yarışında mübarizə apardılar

Azərbaycanın fiqurlu konkisürənləri sentyabrın 24-26-da Gürcüstanın Batumi şəhərində keçirilən yeniyetmələr arasında Qran-pri yarışında iştirak ediblər.

Sportinfo.az xəbər verir ki, turnirdə ölkəni Aleksandr Plyuşenko, Arina Kalugina, eləcə də buz üstündə rəqs cütlüyü Anna Obrien və Drake Tonq təmsil ediblər.

Yarışın nəticələrinə əsasən, Aleksandr Pluşenko qısa və sərbəst proqram üzrə çıxışı zamanı 26 idmançı arasında 181.97 xal toplayaraq 10-cu pillədə yer alıb.

Arina Kalugina 35 iştirakçı arasında 160.02 xal qazanaraq 14-cü yeri tutub.

Anna Obrien və Drake Tonq cütlüyü isə ritm və sərbəst rəqs üzrə 119.27 xal yığaraq 18 cütlük arasında 12-ci sırada qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız