“Bizim vəziyyətimiz bir qədər fərqlidir, əldə etdiyimiz nəticə bizi qane eləmir”

03:40 Zirə 94
“Bizim vəziyyətimiz bir qədər fərqlidir, əldə etdiyimiz nəticə bizi qane eləmir”

“Oyunun çətin keçəcəyini gözləyirdik. Rəqib sona qədər mübarizə apardı”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsində “Səbail”i penaltilər seriyasında məğlub edərək növbvəti mərhələyə vəsiqə qazanan “Zirə”nin futbolçusu Hacıağa Hacılı deyib.

Onun sözlərinə görə, komanda ilk hissədə matçın taleyini həll edə bilərmiş.

“Sadəcə, yaratdığımız şanslardan düzgün yararlanmadıq. Oyun bizim üçün çox yorucu oldu.

İndi tam bərpa olunmalı və “Araz Naxçıvan”la matça köklənməliyik. Əvvəlki görüşlərdə itirdiyimiz xalları bərpa etmək çox vacibdir”, - deyə o, açıqlamasında vurğulayıb.

Futbolçu bildirib ki, hər komanda üçün bu vəziyyət fərqli olur:

“Bəziləri oyunlara düzgün köklənə bilmir, bəzən isə turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandalar son oyunlarıymış kimi mübarizə aparırlar.

Bizim vəziyyətimiz bir qədər fərqlidir. Son zamanlar yaratdığımız qol epizodlarından istifadə edə bilmirik və sonda əldə etdiyimiz nəticə bizi qane etmir”.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?