Rəşad Sadıqovun komandası papaq altında qalmadı

03:00 Zirə 76
Rəşad Sadıqovun komandası papaq altında qalmadı

Misli Premyer Liqasında 11-ci tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, “Zirə” “Qəbələ” ilə qələbə sayını bərabərləşdirib.

Artıq hər iki komandanın aktivində bir-birinə qarşı 12 qalibiyyət var. Qəsəbə təmsilçisi son olaraq doğma arenasında rəqibini 2:1 hesabı ilə üstələyib.

Bununla Rəşad Sadıqovun yetirmələri həm də “Qəbələ” önündə qələbə seriyasını 5 matça yüksəldib. Bakılılar 2024-cü ilin aprelindən bəri baş tutan 5 görüşün hamısında 3 xal əldə edib.

“Qəbələ” 2023-cü ilin sentyabrından bəri keçirdiyi 7 oyunun heç birində “Zirə”yə qalib gələ bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Noyabr 18:10 Çək və bizə göndər!
10 Noyabr 04:30 "Zəfər Kuboku" keçirildi