“Zirə”nin iki futbolçusu ölkəsinin milli komandasına dəvət alıb.
Sportinfo.az bu barədə kluba istinadən xəbər verir.
Belə ki, qəsəbə təmsilçisinin legioerlərindən Ange Mutsinzi Ruanda yığmasına çağırılıb. Quima isə Mozambik millisinə dəvət alıb.
Paytaxt klubu milli komandaya dəvət alan futbolçularına uğurlar arzulayıb.
