Rəşad Sadıqov 1 ay onun üzünü görməyəcək - PİS XƏBƏR

10:40 Zirə 133
Rəşad Sadıqov 1 ay onun üzünü görməyəcək - PİS XƏBƏR

«Zirə»nin çalışdırıcısı Rəşad Sadıqov başını itirməsə, yaxşıdır.

O, növbəti zədə xəbəri ilə pəjmürdə olub.

Giorgi Papunaşvilidən gələn məlumat gənc mütəxəssisin əhvalına soğan doğrayıb.

Təkrar tibbi müayinədən keçən gürcüstanlı yarımmüdafiəçinin qarşıdakı 1 ayda meydana çıxmayacağı dəqiqləşib. 31 yaşlı legionerin çiyni çıxıb.

Qəsəbə təmsilçisi hazırda zədəli oyunçularının çoxluğundan əziyyət çəkir. Onları sayı 10-u keçib.

Aralarında əməliyyat olunanlar da var, bir neçə həftəlik müalicə kursu keçmək məcburiyyətində qalanlar da var. Hətta bəziləri ağrıkəsici iynə vurduraraq yaşıl sahəyə ayaq basır.

Çünki ehtiyat skamyanın boyu son həftələrdə xeyli qısalıb, Rəşad Sadıqov start «11-liy»ini düz-qoş edə bilmir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti