Azərbaycan Premyer Liqasının “Zəfər turu” adlandırılan XI turunda “Zirə” “Qəbələ”ni qəbul edib.
Sportinfo.az xəbər verir ki, Zirə Olimpiya Kompleksinin stadionunda baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim İnqilab Məmmədovun idarə etdiyi görüşdə meydan sahiblərinin qollarını David Volkov (11-ci dəqiqə) və Kris Diqbeu (89-cu dəqiqə) vurublar.
Qonaqların heyətində isə yeganə qolu İbrahim Akinade (14-cü dəqiqə) vurub.
Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran “Zirə” turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. “Qəbələ” isə 8 xalla onuncu yerdədir .
“Zirə” - “Qəbələ” 2:1
Zirə İdman Kompleksinin stadionu, 550 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Gülnurə Əkbərzadə
Dördüncü hakim: Rauf Cabarov
VAR: Kamran Bayramov
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqələr: Elçin Əlicanov, 45+1 (qeyri-idman hərəkəti) // İsmael Akinade, 23 (qeyriidman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Arvid Breqasi (“Qəbələ”), 61 (hakimin qərarına etiraz)
Qollar: Davit Volkov, 11; Kris Diqbeu, 89 // İsmael Akinade, 14
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.
“Zirə”
13. Aydın Bayramov
32. Qismət Alıyev (k)
14. Elçin Əlicanov
(2. Amin Seydiyev, 46)
11. Ayxan Hüseynov
(6. Hacıağa Hacılı, 90)
4. Ruan Renato
9. Davit Volkov
21. Rikardo Martins
5. Ange Mutsinzi
3. Dimitri Leqbo
(29. Kris Diqbeu, 79)
7. Eren Aydın
33. Mehdi Mişahşah
(17. Vierinya, 62)
Ehtiyat oyunçular:
72. Hüseynəli Quliyev
41. Anar Nəzirov
48. Ramiz Muradov
57. Yusif Hacıyev
23. Dameyn Smit
Baş məşqçi: Rəşad Sadıqov
“Qəbələ”
1. Səlahət Ağayev (k)
4. Elvin Camalov
10. Şahin Şahniyarov
(5. Natan Monzanqo, 87)
27. Eşqin Əhmədov
24. İsmael Akinade
(7. Bruno Silva, 75)
23. Rafael Utziq
(13. Nicat Əliyev, 87)
6. Xayme Syerra
12. Kouya Mabea
16. İsaak Amoah
80. Meşak Uboçioma
(8. Endri Çekici, 67)
3. Edson Eduardo
Ehtiyat oyunçular:
32. Artur Motta
94. Həbib Hüşənov
11. Asif Məmmədov
22. Fərid İsgəndərov
74. Süleyman Damadayev
66. Nuğay Rəşidov
21. Ziya Şəkərxanov
Baş məşqçi: Yeton Bekiri
