«Zirə»də bir problem var ki, 2 aydan artıqdır Rəşad Sadıqovun əl-qolunu bağlayıb.
Heyətin böyük qismi kənardadır - müalicə otağında.
Bu, anomal durumdur. 10-dan çox futbolçusunu zədə üzündən itirən baş məşqçinin ümidi yalnız Allahadır.
Bəlkə də gündə 5 dəfə Yaradandan xahiş edir, kömək istəyir ki, eybi yox, qələbə qazanmayım, amma yenə oyunçularımdan kimsə sıradan çıxmasın.
Epidemiya davam etməsin. Etsə, «Zirə» 1-2 turdan sonra meydana buraxmağa bir təcrübəli isim tapmayacaq, cavan-cuvanın ümidinə qalacaq.
Ehtyat skamyasında əyləşənldərin adlarına və üzlərinə baxırsan, heç kimi tanımırsan.
Tanrı bir yerdən alır, o biri tərəfdən verir. «Zirə»nin zədəlilərin çoxluğu sarıdan bu qədər əziyyət çəkməsinə rəğmən xal/xallar qazanması əsl hadisədir.
«Araz-Naxçıvan»la qarşılaşmada «Zirə»ni gözəgörünməz qüvvə ipdən aldı.
Yaratdığı qol fürsətlərini qaçıran, 60-cı dəqiqədən sonra hesabda 0:2 geri düşən qonaqların yekunda meydandan 2:2 ilə ayrıması ilahinin işidir.
Rəşad Sadıqovun hər gün kömək istədiyi qüvvə Şamaxıda 1 xalı ona hədiyyə elədi.
KAMİL
