“Zirə” çempionluq yarışında varmı” sualına nə cavab verdi?

30 Oktyabr 23:00 Zirə 131
“Zirə” çempionluq yarışında varmı” sualına nə cavab verdi?

Cari mövsümdə Azərbaycan Premyer Liqasında çempionluq uğrunda mübarizənin gərgin keçəcəyinə şübhə yoxdur.

Əvvəlki illərdə qızıl medallar uğrunda əsasən “Qarabağ”la “Sabah” mübarizə aparırdısa, bu mövsüm onlara “Neftçi” də qoşulub.

Hazırkı mənzərə mövsümün sonunda turnir cədvəlinin ilk pillələri uğrunda əsas mübarizənin bu üç komanda arasında gedəcəyindən xəbər verur.

Maraqlıdır, “Qarabağ”, “Sabah” və “Neftçi”nin çempionluq yarışında ön plana çıxması “Zirə”nin iddiasına nə dərəcədə təsir etməkdədir? “Qartallar” mövsümü ilk “3-lük”də başa vurmağı nə dərəcədə real hesab edir?

“Zirə”nin əsas heyət üzvlərindən olan ruandalı müdafiəçi Anje Mutsinzi Sportinfo.az-a açıqlamasında sualların cavabını verib:

“Düşünürəm ki, keyfiyyətli futbolçulardan ibarət komandamız var. Sadəcə, son oyunlarımız yaxşı keçmir.

Bu da qeyd etdiyim kimi, itkilərlə bağlıdır. Zədəli futbolçularımız sıraya qayıdandan sonra nəticələrimiz yaxşılaşacaq və komandamız avrokuboklara vəsiqə uğrunda mübarizəni davam etdirəcək.

Heyət baxımından adlarını çəkdiyiniz komandalardan geri qaldığımızı düşünmürəm”.

Mutsinzidən çempionluq uğrunda mübarizə aparmağın mümkünlüyünü də istisna etməyib.

Onun “Zirə” çempionluq yarışında var?” sualına cavabı belə olub:

“Niyə də yox? Əlimizdən gələnin ən yaxşısını edəcək, mümkün olan hər şeyi etməyə çalışacağıq. Mövsümün sonunda nələrin baş verəcəyini birlikdə görəcəyik”.

9 turdan sonra aktivində 15 xal olan “Zirə” eyni xala sahib “Turan Tovuz”la 4-5-ci pillələri bölüşür.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM