"Zirə"nin sabiq legioneri Nemanya Ancelkoviç yenidən Qazaxıstanda çıxış edəcək.
Sportinfo.az xəbər verir ki, serbiyalı müdafiəçi Çinin “Qinqdao Hainiu” klubundan ayrılaraq “Şaxtyor”a (Karaqanda) keçib.
29 yaşlı futbolçu 2021-2023-cü illərdə “Zirə”də oynayıb.
Ondan sonra isə “Akron”, “Ximki”(hər ikisi Rusiya), “Aktobe”(Qazaxıstan) kimi klubların formasını geyinib.
