"Zirə" dedi, yolçu yolda gərək... FOTOLAR

24 İyun 2022 19:20 Zirə 695
"Zirə" dedi, yolçu yolda gərək... FOTOLAR

Bakıdakı hazırlığını başa vuran "Zirə" təlim-məşq toplanışının 2-ci mərhələsi üçün Türkiyənin Bolu şəhərinə yola düşüb.

Sportinfo.az xəbər verir ki, "qartallar" 2 həftəlik toplanış dövründə 2 yoxlama oyunu keçirəcək. Artıq rəqiblərdən biri bəllidir.

Qəsəbə təmsilçisi Rumıniyanın I Liqasında çıxış edən "Hermanştadt" ilə qarşılaşacaq. Görüşün vaxtı və yeri hələlik bilinmir.

İyulun 7-də Bakıya dönəcək "Zirə" İsrailin "Makkabi" (Təl-Əviv) komandasına qarşı UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunlarına hazırlığın son mərhələsini burada keçirəcək.

"Zirə" və "Makkabi" arasında ilk görüş iyulun 21-də Bakıda "Dalğa Arena"da oynanılacaq. Qarşılaşma saat 20:00-da start götürəcək.

İyulun 28-də Təl-Əvivdəki "Blumfild" stadionunda təşkil olunacaq oyun isə Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!