"Qalatasaray" millinin üzvünü icarəyə götürmək istəyir

19 Aprel 19:40 Türkiyə 244
"Qalatasaray" millinin üzvünü icarəyə götürmək istəyir

"Qalatasaray" İngiltərənin "Aston Villa" klubunun yarımmüdafiəçisi Mahmud Trezeqeni icarəyə götürmək istəyir.

Sportinfo.az xəbər verir ki, "sarı-qırmızılar" misirli futbolçuya illik 1,5-2 milyon avro arası maaş təklif etmək fikrinədir.

Birmingem təmsilçisi Premyer Liqa ilə vidalaşsa, 25 yaşlı futbolçu Türkiyə klubuna keçə bilər. "Aston Villa" Trezeqeni 2019-cu ildə "Kasımpaşa"dan 8,75 milyon funt-sterlinqə transfer edib.

Xəbər Lenti