Liqada hansı komandalar cəzaya “məhkum” edildi?

02:40 I Divizion 80
Liqada hansı komandalar cəzaya “məhkum” edildi?

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Azərbaycan 1-ci Liqasında keçirilən bəzi oyunlarında qeydə alınan nöqsanlarla bağlı cərimələr tətbiq olunub.

Bəs həmin nöqsanlar və buna görə tətbiq olunan cərimələr nədən ibarətdir?

“Şahdağ Qusar” – “Karvan-Yevlax” oyunu

AFFA-nın saytında açıqlanan qərarlara nəzər yetirək:

Sentyabrın 9-da I Liqada II turun “Şahdağ Qusar” – “Karvan-Yevlax” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şahdağ Qusar” klubu 750 manat cərimə edilib.

“Zaqatala” – “Baku Sportinq” oyunu

Sentyabrın 10-da I Liqada II turun “Zaqatala” – “Baku Sportinq” oyunundan əvvəl “Zaqatala” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə “Zaqatala” klubu 450 manat cərimə edilib. Oyun “Zaqatala” komandasının futbolçularının formasında problem olması səbəbindən gec başladığı üçün klub daha 450 manat cərimələnib.

“Gəncəbasar” – “Xankəndi” oyunu

Sentyabrın 10-da I Liqada II turun “Gəncəbasar” – “Xankəndi” oyunundan əvvəl “Gəncəbasar” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə klub 450 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Gəncəbasar” klubu 750 manat cərimə edilib.

Yenə də bu matçda “A buraxılışı” olmayan şəxslər texniki zonada olduğuna görə “Gəncəbasar” klubu daha 300 manat cərimə edilib. 

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar
15 Sentyabr 02:50 “Kəpəz”i Arzu xilas etdi