“Qarabağ” üçün “Sumqayıt”a qayıtdılar - FOTOLAR

19 Fevral 2020 09:09 Sumqayıt 889
“Qarabağ” üçün “Sumqayıt”a qayıtdılar - FOTOLAR

“Sumqayıt” “Qarabağ”la oyunun hazırlığına start verib.

Sportinfo.az xəbər verir ki, zədəsini sağaldan Vüqar Mustafayev və Şəhriyar Əliyev kollektivlə birgə məşqlərə başlayıb.

Bundan başqa, əvəzedici heyətin bir neçə futbolçusu da hazırlığa cəlb olunub.

1.5 saat davam edən hazırlıq prosesinin ilk hissəsində fiziki gücün artırılması yönündə məşqlər edilib. Daha sonra, müxtəlif toplu çalışmalar icra edilən məşqə ikitərəfli oyunla yekun vurulub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 03:20 Qazaxıstana da uduzduq