Yumruq vurdu, şüşə ayağına düşdü, bu ilin sonuna qədər qayıdışı gözlənilmir

01:50 Sumqayıt 107
Yumruq vurdu, şüşə ayağına düşdü, bu ilin sonuna qədər qayıdışı gözlənilmir

Azərbaycan millisinin və “Sumqayıt”ın yarımmüdafiəçisi Səbuhi Abdullazadə yaşıl meydanlara 2027-ci ildə qayıdacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə “kimyaçılar”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev məlumat verib.

O bildirib ki, avqustun 17-də ayağından əməliyyat olunan futbolçu artıq fərdi məşqlərə başlayıb.

Zaur Xudiyev qeyd edib ki, 24 yaşlı yarımmüdafiəçinin hazırda bərpa prosesi davam edir:

“Hazırda əzələsini bərpa edir. Bir sözlə, reabilitasiya mərhələsindədir. Bu ilin sonuna qədər meydanlara qayıdışı gözlənilmir. Yəqin ki, qış fasiləsindən sonra komandaya qoşulacaq”.

Səbuhi Abdullazadə Azərbaycan Premyer Liqasının I turunda “Neftçi” ilə matçda (1:3) qırmızı vərəqə aldıqdan sonra əsəbiləşərək stadionun qapısına yumruq vurub. Nəticədə qapının şüşələri qırılaraq onun ayağına düşüb və futbolçu ciddi zədə alıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 Noyabr 18:10 Çək və bizə göndər!
3 Noyabr 05:20 Bakıda "Zəfər Kuboku"