"Qarabağ"ı məğlub etdi

29 İyul 02:40 Şamaxı 524
"Qarabağ"ı məğlub etdi

Yeni mövsümün hazırlığını davam etdirən "Şamaxı" yoxlama oyununda qüvvəsini sınayıb.

Sportinfo.az xəbər verir ki, Vüqar Əsgərlinin rəhbərlik etdiyi kollektiv "Qarabağ"ın əvəzedici heyəti ilə qarşılaşıb.

Şamaxı Şəhər Stadionunda keçirilən matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə qolları Elçin Rəhimli və Rövşən Şahmuradov vurublar.

Bu komandalar arasında bir neçə gün əvvəl baş tutan qarşılaşma da "Şamaxı"nın eyni hesablı qələbəsi ilə başa çatmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
29 Noyabr 21:40 Baş məşqçi ayrılığı
29 Noyabr 16:50 Çək və bizə göndər!
29 Noyabr 02:40 AFFA rəsmisi İsveçrədə
29 Noyabr 01:00 Millimiz Mərakeşə uduzdu