"Yeni müqavilə təklifi mənə..." - 1,5 illik imzanı atan

12 Dekabr 2022 00:30 Şamaxı 744
"Yeni müqavilə təklifi mənə..." - 1,5 illik imzanı atan

"Şamaxı"nın futbolçusu Rəhman Daşdəmirov klubun mətbuat xidmətinə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, bölgə klubu ilə müqavilə müddətini yeniləyən müdafiəçi bunları deyib:

"Yeni müqavilə imzaladığım üçün klub rəhbərliyinə və məşqçilər heyətinə təşəkkür edirəm. İnkişaf etdiyim klubda yeni müqavilə təklifi mənə böyük inamın nəticəsidir və bu gələcək karyerama öz müsbət təsirini göstərəcək.

Mən də həm “Şamaxı”, həm də özümün imkişafım üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm. İnanıram ki, uğurlu olacaq.

Başda məşqçilərim Vüqar Əsgərli və Cavid Hüseynov olmaqla üzərimdə əziyyəti olan hər kəsə təşəkkür edirəm".

Daşdəmirov daha ilyarım "Şamaxı"nın formasını geyinəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti