Əyalət təmsilçisinin qış tədarükü – Dördündən biri razılşadırıldı

2 Dekabr 2022 00:50 Şamaxı 426
Əyalət təmsilçisinin qış tədarükü – Dördündən biri razılşadırıldı

“Şamaxı”nın qış hazırlıq proqramı məlum olub.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi təlim-məşq toplanışına 2023-cü il yanvarın 3-də start verəcək.

Komanda hazırlığın ikinci mərhələsi üçün gələn ayın 8-də Antalyaya yollanacaq və “Kamilya Selin” otelində məskunlaşacaq.

Yanvarın 19-dək qonşu ölkədə qalacaq “Şamaxı” bu müddətdə 4 yoxlama oyunu keçirməyi planlaşdırır.

İlk görüşün ayın 11-də Qazaxıstan yüksək liqa təmsilçisi “Kaysar”la keçirilməsi razılaşdırılıb. Digər 3 matçın keçirilmə tarixi və rəqiblər hələ bəlli deyil.

Digər Xəbərlər
Xəbər Lenti