“Mənim belə bir anda səhv etmək haqqım yoxdur”

29 Noyabr 2022 20:40 Şamaxı 451
“Mənim belə bir anda səhv etmək haqqım yoxdur”

“Bəzən gənc futbolçular bir bir neçə yaxşı oyundan sonra eyforiyaya qapılırlar və bu da formalarında enişə səbəb olur.

Eyni halla qarşılaşmamaq üçün mən də özümlə mübarizə aparıram”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şamaxı”nın müdafiəçisi Fuad Bayramov deyib.

Cari mövsümün tapıntılarından sayılan cinah oyunçusu səhv etmək haqqının olmadığını bildirib:

“Şükürlər olsun ki, belə bir problemim yoxdur. Hər zaman çəkdiyim əziyyətləri düşünürəm.

Belə bir anda səhv etmək haqqım yoxdur. Əksinə, hər oyundan sonra daha da çox işləməli olduğumu düşünüərm”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!