Azərbaycanlı məşqçini özündən çıxardı, bunu ona bağışlamadılar - VİDEO

28 Noyabr 2022 15:00 Şamaxı 475
Azərbaycanlı məşqçini özündən çıxardı, bunu ona bağışlamadılar - VİDEO

Referi Vüqar Həsənli və köməkçiləri ağır cəza alıb.

Buna səbəb onun Azərbaycan Kubokunun 1/8 finalı çərçivəsində “Şamaxı” və “Turan Tovuz” arasında keçirilən oyunda nəticəyə təsir göstərən səhvlərə yol verməsidier.

Belə ki, qərb təmsilçinin hücumçusu Natan Oduvanın 70-ci dəqiqədə vurduğu yeganə qol cütün taleyini müəyyənləşdirib.

Hakimlər Komitəsinin sədri Barış Şımşek Şamaxıya yollanmış briqada üzvlərinə bir neçə səhvi irad tutub. Türkiyəli funksioner istər qol, istərsə də digər mübahisəli epizodlara görə onları cəızalandırılıb.

Baş hakim Vüqar Həsənli ilə yanaşı, köməkçiləri Cavanşir Yusifov, Zöhrab Abbasov, Rövşən Rəcəbov, həmçinin VAR hakimi Rəvan Həmzəzadə və AVAR hakimi Akif Əmrəli 5 tur təyinat almayacaq.

Hakimlərin yol verdiyi xətalar "Şamaxı"nın məşqçisi Cavid Hüseynovun “başında çatlayıb”. AFFA İntizam Komitəsi onu 6 oyunluq cəzalandırıb.

O, oyun başa çatandan sonra birbaşa qırmızı vərəqə alıb. Hakimin qərarına kəskin etiraz edərək ona əl-qol atıb. Şamaxı təmsilçisi bunun üçün 6 min manat məbləğində cərimələnib.

Hakimlərə yaxınlaşan çalışdırıcı Vüqar Həsənliyə sərt etiraz bildirib. Bu zaman referi əlini cibinə ataraq, ona qırmızı vərəqə göstərib.

Hüseynov qərardan daha da əsəbiləşib, hakimin əlindəki kartı vuraraq terə salmaq istəyib.

V.Hüseynli kifayət qədər gərgin keçən qarşılaşma ərzində 9 sarı və 1 qırmızı vərəqə göstərib. “Fit sahibi” ev sahiblərindən 6, qonaqlardan 3 futbolçunu cəzalandırıb.

“Şamaxı”nın müdafiəçisi Cəlal Hüseynov 82-ci dəqiqədə ikinci “sarı”ya görə meydandan kənarlaşdırılıb. Bundan 10 dəqiqə öncə isə Natan Oduva “Turan”a mərhələ qapısını açan yeganə qola imza atıb.

Bölgə təmsilçisi həmin görüşdə 4 oyunçusu sarı vərəqə aldığı üçün əlavə 800 manat ödəyəcək.

Komandanın müdafiəçisi Cəlal Hüseynova isə ikinci sarı vərəqəni alaraq meydandan qovulduğuna görə bir oyunluq cəza verilib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti