Şamaxıda GƏRGİNLİK: Gənc futbolçu kapitanına sərt reaksiya verdi

28 Noyabr 2022 14:40 Şamaxı 685
Şamaxıda GƏRGİNLİK: Gənc futbolçu kapitanına sərt reaksiya verdi

Premyer Liqanın 15-ci turu çərçivəsində “Şamaxı” doğma azarkeşlər önündə “Kəpəz”i qəbul edir.

Qonaqların görüşün əvvəlində Mixeil Erqemlidze ilə qol istəyinə çatması meydam sahiblərini çaş-baş salıb.

“Şirlər”in oyunu heç cür alınmır. Hücum qurmaqda ciddi problemlə üzləşən şamaxılılar top saxlamaqda da çətinlik çəkir. Vüqar Əsgərlinin yetirmələrinin gərginlik içində olması göz qabağındadır.

17-ci dəqiqədə yaşanan xoşagəlməz vəziyyət də komandanın oyununun alınmamasına görə olub.

Epizodların birində Elvin Məmmədov qolundakı kapitanlıq sarğısına uyğun olaraq gənc futbolçu Nihad Quliyevə iradını bildirib.

Lakin 21 yaşlı müdafiəçi iradla razılaşmayaraq, özündən 13 yaş böyük Məmmədova söz və əl hərəkətləri ilə sərt reaksiya verib.

Nihadı digər komanda yoldaşları sakitləşdirib. Məmmədovun cavabı isə əsəbi gəncə tərs baxışlar olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!