Cavid Hüseynovu özündən çıxaran nə olub? – Futbolçusu dedi: VİDEO

26 Noyabr 2022 19:40 Şamaxı 577
Cavid Hüseynovu özündən çıxaran nə olub? – Futbolçusu dedi: VİDEO

“Cavid Hüseynov oyundan sonra hakimə buraxdığımız qola görə etirazını bildirirdi”.

Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilmiş “Şamaxı” – “Turan Tovuz” görüşündə (0:1) məğlub olan meydan sahiblərinin futbolçusu Adil Nağıyev matçdan sonra yaşananlar haqda danışıb.

Bildiyiniz kimi, hakimin final fitindən dərhal sonra Vüqar Əsgərliyə yaxınlaşan Cavid Hüseynov ona sərt şəkildə etiraz edib, təhqiramiz ifadələrə yol verib.

Komandanın təcrübəli futbolçularından olan Nağıyev millimizin sabiq üzvünün narazılığının səbəbini Sportinfo.az-a zsöyləyib:

“Bildiyimə görə, etiraz buraxdığımız qolda oyundankənar vəziyyətə görəydi. Bizdə VAR xətti birtərəfli olduğu üçün yaxşı görünmür.

Hakim ona VAR otağından qolun qaydalar çərçivəsində vurulduğunu, ofsayd olmadığının deyildiyini bildirdi.

Son dəqiqələr kifayət qədər gərgin keçdi. Həm oyunun gərginliyi, həm doğma azarkeşlərimizin qarşısında uduzmaq.

Fikrimcə, baş məşqçimizin gərginliyi həm də bunlara görəydi. Ümumi baxsaq, idarəçilik pis deyildi”.

“Şamaxı” “Turan Tovuz”a məğlub olmaqla Azərbaycan kubokunda mübarizəni ilk cəhddə dayandırıb. Tovuzlular növbəti mərhələdə “Kəpəz”lə qarşılaşacaq.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"