Hakimə əl-qol atan Hüseynov ağır cəza aldı - VİDEO

25 Noyabr 2022 16:20 Şamaxı 705
Hakimə əl-qol atan Hüseynov ağır cəza aldı - VİDEO

AFFA İntizam Komitəsi "Şamaxı"nın məşqçisi Cavid Hüseynovu 6 oyunluq cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, buna mütəxəssisin "Turan Tovuz"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/8 final oyunu başa çatdıqdan sonra etdiyi hərəkət səbəb olub.

Hüseynov birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimin qərarına kəskin etiraz edərək ona əl-qol atıb. Şamaxı təmsilçisi bunun üçün 6 min manat məbləğində cərimələnib.

Hakimlərə yaxınlaşan çalışdırıcı Vüqar Həsənliyə sərt etiraz bildirib. Bu zaman referi əlini cibinə ataraq, ona qırmızı vərəqə göstərib.

Hüseynov qərardan daha da əsəbiləşib, hakimin əlindəki kartı vuraraq terə salmaq istəyib.

V.Hüseynli kifayət qədər gərgin keçən qarşılaşma ərzində 9 sarı və 1 qırmızı vərəqə göstərib. “Fit sahibi” ev sahiblərindən 6, qonaqlardan 3 futbolçunu cəzalandırıb.

“Şamaxı”nın müdafiəçisi Cəlal Hüseynov 82-ci dəqiqədə ikinci “sarı”ya görə meydandan kənarlaşdırılıb. Bundan 10 dəqiqə öncə isə Natan Oduva “Turan”a mərhələ qapısını açan yeganə qola imza atıb.

Bölgə təmsilçisi həmin görüşdə 4 oyunçusu sarı vərəqə aldığı üçün əlavə 800 manat ödəyəcək.

Komandanın müdafiəçisi Cəlal Hüseynova isə ikinci sarı vərəqəni alaraq meydandan qovulduğuna görə bir oyunluq cəza verilib.

İK MOİK-ə 1600 manat məbləğində cərimə kəsib. "Səbail"lə kubok matçında təcili yardım maşınının təyin olunan vaxtda gəlməməsi klubu ziyana salıb.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"