Premyer Liqa təmsilçisinin baş məşqçisini ciddi cəza gözləyir - VİDEO

24 Noyabr 2022 20:40 Şamaxı 893
Premyer Liqa təmsilçisinin baş məşqçisini ciddi cəza gözləyir - VİDEO

Azərbaycan kubokunda baş tutan “Şamaxı” – “Turan Tovuz” qarşılaşmasında qonaqlar vurduğu yeganə qolla növbəti mərhələyə adlayan tərəf oldu.

Matçda 1 qol vurulsa da, 90 dəqiqə gərginliyi ilə yadda qaldı. Təhlükəli qol vəziyyətləri, Cəlal Hüseynovun aldığı qırmızı vərəqə, meydan sahiblərinin 53-cü dəqiqədə tələb etdiyi, lakin Vüqar Həsənlinin təyin etmədiyi 11 metrlik cərimə zərbəsi.

Oyun başa çatandan sonra isə baş hakim “Şamaxı”nın qeyri-rəsmi baş məşqçisi Cavid Hüseynova qırmızı vərəqə göstərdi.

Çoxlarının diqqət yetirmədiyi həmin məqam Hüseynovun final fitindən sonra Həsənliyə yaxınlaşıb ona “dişinin dibindən çıxanları” deməsidir. Yığmamızın sabiq üzvü 53-cü dəqiqədə verilməyən penaltini və digər qərarları əsas gətirərək referinin ünvanına təhqiramiz ifadələr işlədib.

Təhqirlərə dözməyən Həsənli “Şamaxı”nın çalışdırıcısını “qırmızı” ilə sakitləşdirməyə çalışsa da, bu da işə yaramayıb.

Yaşananlardan sonra İntizam Komitəsinin Cavid Hüseynova 5 oyunluq cəza və 4000 manat cərimə kəsəcəyi sirr deyil.

“Şamaxı”nın baş məşqçi səlahiyyətlərini Hüseynov daşısa da, Pro kateqoriyası olmadığına görə sənədlərdə Vüqar Əsgərlinin adı göstərilir.

HƏBİB

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti