Azərbaycan klubundan getdi, yeni iş yerini seçdi

22 Noyabr 2022 15:00 Şamaxı 1 093
Azərbaycan klubundan getdi, yeni iş yerini seçdi

“Şamaxı”dan ayrılan Miloş Yevtiçin yeni iş yeri məlum olub.

Fiziki hazırlıq üzrə mütəxəssis fəaliyyətini Qazaxıstanda davam etdirəcək.

Şəxsi problemlərinin yarandığını bildirərək, Azərbaycandan gedən serbiyalı «Aktobe»də işə başlayıb. O, yenicə bu komandanın sükanı arxasına keçən Kaxaber Sxadadzenin köməkçisi təyin olunub.

Yevtiç əvvəllər də respublikamızda çalışıb. O, ilk dəfə 2008-ci ildə Azərbaycana gəlib, “İnter”də (indiki “Şamaxı”) Sxadadzenin yardımçısı postunu tutub.

Cavid Hüseynov onu elə həmin vaxt formasını geyindiyi “İnter”dən yaxşı tanıyır.

Yevtiçin son iş yeri Tbilisi “Donamo”su olub. Gürcüstan klubunda Sxadadze ilə çalışan mütəxəssis 5 ay öncə onunla bərabər buradan ayrılıb.

SPORTİNFO..AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!