Azərbaycanlı baş məşqçi: “Bu komanda çempion olacaq”

19 Noyabr 2022 17:20 Şamaxı 971
Azərbaycanlı baş məşqçi: “Bu komanda çempion olacaq”

“Azarkeşlik etdiyim və favorit gördüyüm milli Braziliyadır”.

“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli DÇ-2022-də simpatiya bəslədiyi komandanın adını Sportinfo.az-a açıqlayıb.

O, sabah Qətərdə start götürəcək dünya çempionatında Cənubi Amerika ölkəsinin qələbəyə daha yaxın olduğunu bildirib:

“Son oyunlarına baxmışam. Kifayət qədər baxımlı futbol oynayırlar. Çempionluğa layiqdirlər.

Düzdür, çətin qrupa düşüblər, amma inanıram ki, qrupdan çıxaraq çempion olacaqlar”.

Digər Xəbərlər
Xəbər Lenti